Ali Məhkəmədə Bakıda tanışını öldürməkdə təqsirləndirilən Asim Nəcəfovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası mayın 10-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Nəcəfov 16 il azadlıqdan məhrum edilib.
Qeyd: Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə 2021-ci ild dekabrın 31-də saat 16 radələrində 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evin zirzəmisində tapılması barədə məlumat daxil olub.
İstintaq-əməliyyat tədbirləri ilə əməlin münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Kamal Məmmədov