BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “Qardaşımın evi, mənim evim, biznesi də mənim biznesimdir” - VİDEO

“Dəlil-sübut olmadan Çexiyada biznesimin olduğunu deyirlər. Çexiyada qardaşım yaşayır. Qardaşımoğlu orada iş adamıdır, şirkəti var”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Adil Əliyev İctimai Televiziyada yayımlanan “3D” (Dadaşlinski Dadaş Dadaş oğlu) verilişində deyib.

 

Deputat çıxışında “Qardaşımın evi, mənim evim, biznesi də mənim biznesimdir” deyə qeyd edib: “Çexiyada mənim də evim var idi. Çexiyanın Karlovı Varı şəhəri müalicəvi suları ilə dünyada məşhurdur. Orada mənzillərin qiyməti Bakının Sulutəpə qəsəbəsindəki mənzillərin qiymətindən ucuzdur. Qubada, Xaçmazda torpaq alıb ev tikməkdənsə, Karlovı Varıda 3 otaqlı ev almaq daha sərfəlidir, bununla həm də viza proseduru yüngülləşir. Azərbaycanın heç bir yerində biznesim yoxdur. Əgər evimi tikib satıramsa, bu, biznes deyil”.

 

A.Əliyev bəzi valideynləri qınayıb: “Biz 1992-ci ilin insanlarının, həmçinin onların övladlarının əhatə dairəsində yaşayırıq. Gənclərə deyirik ki, zərərli vərdişlərdən uzaq olmaq lazımdır... Amma həmin gənc evə getdikdə, atası fikirlərimizin üzərindən xətt çəkərək onu araq almağa göndərir. Həmin ata 1992-ci ilin təfəkkürü ilə yaşayan insandır. Müstəqillik bunlara maraqlı deyil...”.

 

Tarix: 4 Noyabr 2019, 23:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin