Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ekspert: “Keyfiyyətli, təhlükəsiz, uzunmüddətli yol istəyiriksə, kompleks tədbirlər planı həyata keçirilməlidir”

1 105
Paylaş:
Ekspert: “Keyfiyyətli, təhlükəsiz, uzunmüddətli yol istəyiriksə, kompleks tədbirlər planı həyata keçirilməlidir”

“Son 15 ildə Azərbaycanda 18 min kilometrdən artıq yol tikilərək istismara verilib. Bunu əyani olaraq paytaxt Bakıdan fərqli istiqamətlərdə qət etdiyimiz yolda sərf etdiyimiz zamanda hiss edə bilərik. Artıq mənzil başına daha sürətli, qısa vaxtda çata bilirik. Magistral yollarımızda son tamamlanma işləri gedir. Respublika əhəmiyyətli, regionlarımızı əlaqələndirən yollara da diqqət ayrılıb. Son 8 ildə, demək olar, turizmin inkişafı hədəf qoyulub. Bu yöndə yerli əhəmiyyətli yolların tikintisinə də diqqət ayrılır. Əsaslı təmirdə müasir tikinti materiallarından istifadə növbəti istismar ili müddətinin uzadılmasına səbəb olacaq. Amma tikinti keyfiyyətindən başqa, savadlı istismar və sərt çəki, qabarit nəzarəti olmalıdır ki, bu yol daha uzunmüddətli fəaliyyət göstərsin. Yol şəbəkəmizdə hərəkət edən avtomobillərin vəziyyəti də önəmli məqamdır. Avtomobil köhnədirsə, ondan yağ, dizel axırsa, bu, yol örtüyünün vaxtından tez dağılmasına səbəb olur, yolun istismar müddətini azaldır”.

Bu sözləri Pravda.az-a nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev əsas yollardan fərqli olaraq kənar yolların keyfiyyətsiz çəkilməsi, tez dağılması barədə narazılıqlara münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, qurumlararası koordinasiya zəifdir: “Koordinasiya daha da gücləndirilməlidir. Qurumlar işi bir-biri ilə əlaqəli şəkildə görməlidirlər. Çünki bundan öncə də müşahidə etmişik ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi yolu təhvil verir, bundan sonra başqa bir qurum su, qaz çəkir, yolu dağıdır, sonra yenidən bərpa edir. Amma yolun bərpası bəzən uğurlu alınmaya bilər. Koordinasiyanın olmaması yekun nəticəyə təsir edir. Çünki yolun dağılma səbəbləri müxtəlif ola bilər. Heç də həmişə keyfiyyətlə əlaqəli olmaya bilir. Bu səbəbdən daha keyfiyyətli, təhlükəsiz, uzunmüddətli yol istəyiriksə, kompleks tədbirlər planı həyata keçirilməlidir. Qurumlar arasında koordinasiya, inteqrasiya məsələlərinə diqqət ayrılmalı, sərt nəzarət olmalıdır. Keyfiyyətli yollar çəkildiyi kimi, təəssüf ki, ölkəmizdə bu günə kimi uğursuz layihələri də misal göstərmək olar. Beton yol nəzərdə tutulmuş vaxtdan daha tez dağıldı. Ciddi tikinti səhvləri də buraxılmışdı. İstismarında da ciddi səhvlər var idi. Normadan artıq yüklənmə də yolun dağılmasına təsir göstərdi. Yaxın vaxtlarda Bakı-Quba yolu əsaslı təmir olunub. Digər istiqamətlərdə də təmir nəzərdə tutulub. Ümumi götürsək, Azərbaycanın avtomobil yolları fərqli istiqamətlərdə yol örtüyünə görə digər ölkələrlə müqayisədə reytinqi yüksəkdir. Daha ön sıraları tutur”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər