"Həyatımda nə baş verdisə 2014-cü ildə oldu. "Avroviziya"ya qatıldım, ailə qurdum. Çox şad idim ki, həyatımda bu yarışma oldu. Hətta fikrimdə yenidən getmək də var. Elə bil, özümü yenə də təsdiq etmək istəyirəm, amma bu dəfə fərqli bir üslubda. Bilirəm ki, bunu edə biləcəyik".
Axşam.az xəbər verir ki, bi sözləri "Avroviziya 2014" təmsilçimiz Dilarə Kazımova "AStar" verilişində qonaq olarkən deyib. Müğənni ilk dəfə keçmiş həyat yoldaşından boşanma səbəbini açıqlayıb:
"Bəli, o vaxt ailə qurdum və 2 il sonra boşandıq. O, fəaliyyətimə manə olurdu və buna görə də ayrıldıq. Əvvəlcədən hər şey çox gözəl idi. Hətta "Avroviziya" olanda mənə çox dəstək olmuşdu. Amma sonra nəsə onun beynində döndü. Bilmirəm niyə, başladı fikirləşməyə, qısqanclıq çox oldu, yersiz, səbəbsiz. Hətta ona deyirdim ki, özünə günah qazanırsan, çünki səbəb yoxdur. Məsələn, obrazım, geyindiyim kofta, suallar, yanımdakı kimsə mənəim xoşuma gələ bilməzdi. Sənət insanlarına çox şeylər sadə gəlir. Amma insanlar bu peşəyə yaxın olmayanda onlar fərqli yanaşırlar. Bizi sevən insanlar başlayırlar kommentlər oxumağa. Həmişə deyirəm ki, oxumayın. Mən öyrəşmişəm, indi çox yazmırlar, amma yazanda da görürəm ki, mənə yaxın insanlar çox əsəbiləşirlər, cavab verirlər. Deyirəm ki, oxumayın. Mənə yox, amma yanımdakı insanlara təsir edir. Çünki onlar bunu çox ciddi qəbul edirlər. Bu səhnədir, ona əyləncə kimi yaxınlaşmaq lazımdır.
