Naxçıvanda “Cahan Holdinq”ə məxsus olan “Banu” və “Minbir Home” ticarət mərkəzləri bağlanıb.
TNS xəbər verir ki, yaxın günlərdə həmin binada “Bolmart” supermarketi fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verməsindən sonra ölkəmizdə fəaliyyət göstərən şirkətlər, ticarət mərkəzləri, müxtəlif brendlər Naxçıvanda öz filiallarını, müəssisələrini yaradırlar.


