ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramında evlənən Qoçəli və Həqiqət cütlüyünün övladı dünyaya gələcək.
Pravda.az xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər bildirib. O, 65 yaşlı Həqiqət xanımın hamilə olduğunu deyib.
Aparıcı cütlüyü təbrik edərək onlara gözaydınlığı verib.
Xatırladaq ki, Həqiqət xanım ötən il aparıcı və prodüser Tarix Əliyevin (Tolik) verilişinə gəlib.