İraqda Səddam Hüseyn rejiminin ABŞ və müttəfiqlərinin işğalı ilə sona çatmasından 20 il keçir. 20-ci ildönümündə keçirilən yeni sorğu nəticəsində məlum olub ki, iraqlıların əksəriyyəti Amerikanın işğalından sonra ölkədə vəziyyətin pisləşdiyini düşünür.
Bu barədə Qlobal qeyri-kommersiya sorğu təşkilatı olan "Gallup International" ictimai rəy sorğusu keçirib.