Bakıda polisin papağını alıb, protokolu ləğv etməyi tələb edən sürücü həbs olunub.
Hadisə 06 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsində baş verib.
Belə ki, , “Toyota Prius” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul Adil (şərti) sözügedən yolun kəsişməsində yol-patrul xidmətinin əməkdaşı onu saxlayaraq taksi kimi fərqlənmə nişanından istifadə etmədiyi və dönərkən dönmə nişanını yandırmadığı bildirib.
Bundan narazı qalan sürücü əvvəlcə “102” xidmətinə zəng vurub və daha sonra telefonu ilə polis əməkdaşının xidməti avtomobilinin şəkilini çəkib.