“İslam və əsl islam deyə bir fərqləndirmə kökündən yanlış düşüncədir. Nəzəri islam və praktik islam var. Nəzəri islamı praktikaya tətbiq etdikdə ortaya müsəlman ölkələri kimi bir reallıq çıxır. Necə ki nəzəri kommunizmi praktikaya tətbiq edəndə ortaya SSRİ, Çin, Şimali Koreya kimi ölkələr çıxdı”.
Bunu şair Aqşin Yenisey bildirib.
O qeyd edib ki, casusluğa gəlincə, bunlar elə İranda inqilab edəndə də xarici kəşfiyyat orqanlarının maraqlarına xidmət edirdilər:
“Mehdinin təmsilçisi göydən "Air France" təyyarəsi ilə enmişdi. Bu gün Azərbaycandakı vəziyyəti inqilab öncəsi İranla müqayisə edəndə açıq-aydın görünür ki, ölkə addım-addım adı islam olan inqilaba doğru gedir.
Sadəcə, bir fərq var; İranda inqilabın hədəfi hökuməti yıxmaq idi, Azərbaycanda dövləti yıxmaqdır.
İran inqilabını gerçəkləşdirən bütün səbəblər bu gün Azərbaycanda təmin olunub.
Yerli dini liderlər varmı, var.