Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub - FƏRMAN

923
Paylaş:
Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub -     FƏRMAN

Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanlarda dəyişiklik edilib.

Dəyişikliklə mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotunu aparmaq məsələsi Ədliyyə Nazirliyinin vəzifələri siyahısından çıxarılıb.

Paylaş:

Ən son xəbərlər