Aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. OLAY-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs tanınmış iş xanımı, “Şərifzadə Art Center”in şəriklərindən biri rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır. Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.
Sabunçu Rayon Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb.