Karantinə yerləşdirilən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov evə buraxılıb.
Bu barədə Pravda.az-a 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.
E.Nəsirov deyib ki, A.Dilavərovdan koronavirus infeksiyası ilə əlaqədar götürülən tibbi testin nəticəsi neqativ çıxıb: “Əvvəlki testin nəticəsi pozitiv çıxdığından Alıcı Dilavərov karantinə yerləşdirilmişdi. O, karantinə yerləşdirilərkən temperaturu var idi. Növbəti dəfə götürülən tibbi testin nəticəsi isə neqativ çıxıb, temperaturu da aşağı olub. 14 günlük karantin müddəti bitdiyindən evə buraxılıb. Hazırda özünü yaxşı hissi edir, narahatlığa əsas yoxdur”.
Fərid Həsənov