Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Rusiyada da koronavirus sürətlə yayılır

907
Paylaş:
Rusiyada da koronavirus sürətlə yayılır

Rusiyada son bir gündə 2 558 nəfərə koronavirus diaqnozu qoyulub, 18 nəfər virusun qurbanı olub.

Pravda.az-ın xəbərinə görə, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 18 328 nəfərə, ölənlərin sayı 148-ə, sağalanların sayı isə 1 470 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 854 000-i ötüb. Bunların 428 069 nəfəri sağalıb, 114 293 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.Report

Paylaş:

Ən son xəbərlər