Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Keçmiş arvadını oğurlayan şəxsə cəza verildi

721
Paylaş:
Keçmiş arvadını oğurlayan şəxsə cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllıda keçmiş arvadını oğurlamaqda təqsirləndirilən Namiq Yusifovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 1992-ci il təvəllüdlü Namiq Yusifov keçmiş həyat yoldaşı Nailə Əsədovanı (şərti) Abşeron rayonunda tanışının avromobili ilə zorla qaçıraraq yaşadığı İsmayıllı rayonuna gətirib. O, yolda gələrkən əyləşdiyi maşının qabaq oturacaqdan çevrilərək arxa oturacaqdakı sabiq həyat yoldaşının sifət nahiyəsindən yumruqla qəsdən 3-4 dəfə vurub. Bir neçə gündən sonra Namiq qadını geriyə qaytaraq Ağsu rayonu ərazisində Nailənin qohumlarına təhvil verib.

Xatırlatma: Namiqlə Nailə 2016-cı ildə ailə qurublar və 2019-cu ildə isə ayrılıblar.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər