Azərbaycanın Türkiyədəki diaspor fəallarından Yəhya Taşdələn vəfat edib.
Pravda.az-ın xəbərinə görə, Yəhya Taşdələn 1929-cu ildə Türkiyənin Kars vilayətində anadan olub. Ali təhsilini Ankara universitetində alan Y. Taşdələn Kənd Təsərrüfatı Nazirliyində İcra Aparatının rəhbəri vəzifəsinədək yüksəlib.
1952-55-ci illərdə - Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni Ankarada olduğu müddətdə onunla birgə fəaliyyət göstəriblər.