Müğənni Dilarə Kazımova qonaq olduğu verilişdə iddialı açıqlamalar edib.
OLAY yazır ki, “AStar” verilişinə qonaq olan müğənni keçmiş həyat yoldaşının onun işinə maneə yaratmasından danışıb:
“Əvvəllər o, məni çox dəstəkləyirdi hətta “Avroviziya”ya gedəndə də ən böyük dəstəkçim idi.Sonradan onda qısqanclıq çox oldu. Səbəbsiz yerə məni qısqanmağa başladı. Obraz kimi formalaşmağım artıq onda qısqanclığa səbəb verirdi. Geyindiyim köynək kiminsə xoşuna gələndə, ya da kimsə mənə sual verəndə ,artıq onda qısqanclıq yaranırdı. Biz sənət insanları bir az fəqliyik ona görə də bu bizə adi gələ bilər. İnsanlar bu peşəyə yaxın olmayanda və bizi sevəndə şərhləri oxumağa başlayırlar. Həmişə deyirəm ki, şərhləri oxumayın. Mənə təsir etmir, amma yanımdakı insana çox təsir edir. Çətinliklə ayrıldıq, çünki bizi elə böyüdüblər ki, ailəni sonadək qoruyub saxlamalısan. Çalışdım, amma gördüm ki, bu, mümkün deyil… Artıq bu səsimə də təsir edirdi, qışqırıb-bağırırdıq deyə səsim batırdı.
Səbəbsiz olduğuna görə, ayrılmaq mənə çox pis təsir etdi. Həmişə deyirdi ki, sənin ətrafında pullu kişilər var,sənə çoxlu hədiyyə göndərirlər və sənə baxışları fərqlidir. Mən onların baxışlarını təsəvvür edirəm, yəqin ki, onlar mənə ehtirasla baxırdı. Mənə gələn hədiyyələri ərdə olanda qəbul etmirdim, amma boşanandan sonra qəbul etməyə başladım. Bahalı hədiyyələr, brilliantlar olurdu…”.