Erməni mediası “azərbaycanlı əsgər” olaraq təqdim etdikləri şəxs haqda növbəti iddia ilə çıxış ediblər.
Buta.tv xəbər verir ki, bu dəfə yerli əhaliyə istinadən yayılan məlumatda azərbaycanlının kənd sakinləri ilə hətta kart oynamağa vaxt tapdığı da bildirilib.
Azərbaycanlının əsgər formasında olmamasına ermənilər bu cür izah verib: “Əsgər evlərdən birinə girib, çörək yeyib, həmin adamların evində paltar dəyişib, ev sahibinin pencəyini geyinib və gedib kənd dükanının qabağında oturub kart oynamağa başlayıb. Mağazanın yaxınlığında toplaşan kişilər isə onun nə erməni, nə də rus olduqlarını anlayıblar”.
Qeyd edək ki, erməni mediası əvvəlcə Qarakilsədə, daha sonra isə Zəngəzur (Sünik) vilayətinin Bnunis kəndi yaxınlığında “azərbaycanlı əsgər” olduğu bildirilən şəxsin saxlanıldığını yazıb. Paylaşılan videoda onun hərbi formada olmadığı görünəndən sonra isə “əsgərin” paltarını dəyişdiyi versiyası tirajlanıb.