Psixoloqlar deyirlər ki, cütlüyün tezliklə boşanacağına dair müəyyən əlamətlər var. Ünsiyyət sağlam bir əlaqənin vacib hissəsidir. Ünsiyyət problemləri boşanmalara səbəb olan ən ümumi faktordur.
Pravda.az lent.az-a istinadən xəbər verir ki, əgər tez-tez müdaxilə edirsinizsə və ya istəkləriniz nəzərə alınmırsa, bu vacib bir əlamətdir.
Davamlı maliyyə problemləri
Ailənin müvəqqəti maddi sıxıntı yaşamasında heç bir qəbahət yoxdur. Həyatda hər şey ola bilər, əsas olan bu vəziyyətlə necə davranmağınızdır.
Ancaq maddi çətinliklər mütəmadi olaraq baş verirsə, bu, düşünmək üçün bir səbəbdir, çünki boşanmanın əsas səbəblərindən biridir.