Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Hoteldə neft şirkətinin əməkdaşının meyiti tapıldı

1 144
Paylaş:
Hoteldə neft şirkətinin əməkdaşının meyiti tapıldı

Bakıda yerləşən “JW Marriott Absheron” hotelində 1957-ci il təvəllüdlü Böyük Britaniya vətəndaşı Tyumer Con Levinsonun meyiti tapılıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əcnəbi vətəndaşın üzərində zorakılıq əlamətləri olmayan cəsədi aprelin 13-ü, saat 00:25-də hotel otaqlarından birində aşkarlanıb. İlkin məlumatlara görə, o, ürək çatışmazlığından ölüb.

Bildirilir ki, T.C.Levinson 2018-ci ilin fevral ayından bəri Bakıda yaşayır və “Turan Drilling and Engineering Company LLC” neft şirkətində layihə rəhbəri olub.Oxu.az

Paylaş:

Ən son xəbərlər