İranın rəsmi “İran” qəzeti “Hüseyniyyun” terror qruplaşmasının üzvləri ilə müsahibə dərc edib.
Bu müsahibə Azərbaycan hakimiyyətini hədələmək və aşağılamaqla yanaşı, bəzi həqiqətləri də üzə çıxarıb.
“Hüseyniyyun” terror qruplaşmasının qurucusu Tövhid İbrahim Bigli müsahibəsində Qasım Süleymaninin bu qrupun yaranmasındakı rolu haqqında deyib: “Hacı Qasım bir gün Suriyada müharibənin bitəcəyinə inanırdı, lakin müqavimət oxunun işi İsraillə birlikdə Cənubi Qafqaza köçəcəkdi. Bu səbəbdən o, strukturlardan yan keçərək “Hüseyniyyun”un nizamnaməsini imzaladı”.