Talassemiya xəstəliyi olan uşaqların valideynlərindən övladlarını xaricdə müalicə etmək adı ilə külli miqdarda pul alaraq onları aldadıblar.
Pravda.az “Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddia ilə bir qrup valideyn çıxış edib.
Aldadıqlarını iddia edən valideynlərin sözlərinə görə, onlardan külli miqdarda pul alıb sonradan yoxa çıxan şəxs "My Doc Tour" MMC-nin və " Urmedhelp" MMC-nin direktoru Seyidova Nuridə Məmməd qızı və Aynur Bayramovadır.
Zərərçəkmişlər arasında hətta şəhid övladı da var.