İddia edilir ki, may ayından etibarən Azərbaycandakı məscidlərdə din xadimlərinin moizələri, Məhərrəm ayında təşkil edilən mərasimlər və s. məhdudlaşdırılacaq. Bir sözlə, məscidlərdə yalnız ibadət etməyə icazə veriləcək.
Pravda.az məlumatın doğru olub-olmadığını aydınlaşdırmaq üçün ötən həftə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu göndərib.