Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Dələduzluq edən ustaya elektron qolbaq taxıldı

700
Paylaş:
Dələduzluq edən ustaya elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Zirəddin Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub.

İttihama görə, 1972-ci il təvəllüdlü Zirəddin Həsənov tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq edib

Belə ki, o, zərərçəkmiş Rahib Səmədovun (şərti) yaşadığı mənzil üçün 10 ədəd taxta qapı düzəldəcəyi vədi verib. Buna görə Zirəddin zərərçəkmiş şəxsdən 1500 manat məbləğində pul alıb. Lakin o, verdiyi vədə əməl etməyib.

Daha sonra Rahib Səmədov hüquq-mühafizə orqanlarına müraciət edib.

Polis əməkdaşları tərəfindən saxlanılan Zirəddin Həsənov barəsində dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə Zirəddin Həsənov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, əvvəllər Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində sex açaraq qapı və mebel ustası kimi fəaliyyət göstərib. Lakin sonradan koronavirus pandemiyası dövründə işlər zəiflədiyi üçün sexi təhvil verərək bağlayıb və fəaliyyəti dayandırıb. Zərərçəkmiş şəxs ilə də həmin ərəfələrdə tanış olduğunu söyləyib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər