Milli Məclisin iclasında “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov bildirdi ki, ölkədə dərman vasitələrinin qiymətlərinin artması məsələsi aktualdır.
Deputat xaricdən dərman gətirən vətəndaşların gömrükdə problemlə üzləşdiyini bildirdi:
“Problemlə bağlı məsələlər öz həllini tapmır. Vətəndaşlar özləri üçün xaricdən ucuz qiymətə dərman vasitələri gətirir. Amma gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara da maneəçilik törədilir.