Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı” kimi tanınan ticarət mərkəzinin müsadirədən azad olunması ilə bağlı qərardan verilmiş kassasiya şikayəti üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.
Ali Məhkəmənin icraatında olan iş üzrə iclasın təxirə salınmasına səbəb eyni qərardan bir neçə gün əvvəl protest verilməsidir.
Şikayət və protest eyni qərardan olduğu üçün onlara bir yerdə baxılacaq.
Prosesin qeyri-müəyyən vaxta təxirə salındığı bildirilir.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi, polkovnik Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı prokuror protest, “8-ci kilometr bazarı”nın əvvəlki sahiblərindən biri olmuş Çingiz Əsədov isə maraqlı şəxs qismində şikayət verib.
Pravda.az-ın xəbərinə görə, prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış əmlakların 13 milyon 342 min manatlıq hissəsinin yenidən müsadirə edilməsini istəyir.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovun bazar dəyəri 26 milyon manata yaxın qiymətləndirilən 17 əmlakı müsadirədən azad olunub. Prokuror onlardan 11 əmlaka münasibətdə narazı qalıb. Həmin əmlakların 13 milyon 342 min manatlıq hissəsinin müsadirədən azad olunması ilə bağlı qərar ləğv edilərək, Bakı Apellyasiya Məhkəməsində yeni baxışa təyin olunması istənilir.
Müsadirəsi istənilən əmlaklar bunlardır:
1. Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi - Bazar dəyəri 86 min manat;
2. Xızı rayonu, Qızılqazma kəndində torpaq sahəsi - Bazar dəyəri 400 min manat;
3. Şamaxı rayonu, Nağaraxana kəndində torpaq sahəsi və üzərində tikilmiş əsas və yarımtikili - Bazar dəyəri 750 min manat;
4. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi - Bazar dəyəri 60 min manat;