Tanınmış rus aktrisa Yelena Şulman faciəli şəkildə vəfat edib.
Pravda.az xəbər verir ki, aprelin 7-si axşam saatlarında trolleybusun vurduğu aktrisa bu gün dünyasını dəyişib.
Hadisə Sankt-Peterburqda avtobus dayanacaqlarından birində baş verib. Piyadaların sıx olduğu küçə ilə hərəkət edən aktrisa qəfildən avtomobil yoluna çıxıb. Nəticədə dayanacağa yaxınlaşan trolleybusa çırpılaraq təkərləri altında qalıb.