Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda karantin rejimi qaydasını pozan kafenin işçiləri cəzalandırıldı - FOTO

932
Paylaş:
Bakıda karantin rejimi qaydasını pozan kafenin işçiləri cəzalandırıldı -     FOTO

Binəqədidə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib, oyektdə olan 6 nəfər inzibati qaydada cəzalandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərəndiyi aşkar edilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılaraq 5-ci Polis Bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Paylaş:

Ən son xəbərlər