Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Rusiyaya qarşı sanksiyalar genişləndirildi

696
Paylaş:
Rusiyaya qarşı sanksiyalar genişləndirildi

Kanada Rusiyadan olan 14 fiziki və 34 hüquqi şəxsə, o cümlədən "Wagner" hərbi qrupu ilə əlaqəli şəxslərə, həmçinin Belarusun maliyyə sektoru ilə bağlı doqquz müəssisəyə sanksiyalar tətbiq edir.

Bunu çərşənbə axşamı Kanadanın baş naziri Castin Trüdo deyib.

“Bu gün biz 14 rusiyalıya və 34 təşkilata, o cümlədən Vaqner qrupu ilə əlaqəli olanlara qarşı yeni sanksiyalar elan edirik. Belarusun maliyyə sektoru ilə əlaqəli doqquz təşkilata qarşı sanksiyalar tətbiq edilir”, - deyə Trüdo bildirib.

Onun sözlərinə görə, Ottava Rusiya Federasiyasına təzyiqləri artırmaq üçün belə bir addım atıb.

Kanada həmçinin Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov və Rusiya müdafiə nazirinin müavini Nikolay Pankova da sanksiya tətbiq edib./APA

Paylaş:

Ən son xəbərlər