Bakı Apellyasiya Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Həbib Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə 2021-ci il paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. H.Məmmədov arvadına qısqanclıq zəminində beş yaşlı övladının gözü qarşısında bıçaqla zərbələr vurub.
Qadın xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. H.Məmmədov tutularaq istintaqa təhvil verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov