Xəbər verdiyimiz kimi, dünən Göygöl sakini Fərid Hacıyev rayon ərazisində iki lüks avtomobili yandırıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Göygöldə avtomobilləri yandıran şəxs 1-ci Qarabağ Müharibəsinin şəhidi Aydın Hacıyevin oğludur. Maraqlıdır ki, o, hadisəni də elə atasının adına olan küçədə törədib.
F.Hacıyevin əvvəllər də narkotik və digər cinayətlərə görə həbs olunduğu bildirilir.