Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ceyhun Bayramovla ATƏT sədrinin geniştərkibli görüşü başa çatdı - YENİLƏNDİ - 2

1 069
Paylaş:
Ceyhun Bayramovla ATƏT sədrinin geniştərkibli görüşü başa çatdı -     YENİLƏNDİ - 2

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani arasında geniştərkibli görüş başa çatıb.

Pravda.az xəbər verir ki, hazırda tərəflər birgə mətbuat konfransı keçirirlər. 

***

12:26

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani arasında təkbətək görüş başa çatıb.

Pravda.az xəbər verir ki, hazırda tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

Müzakirələr başa çatandan sonra C.Bayramovla B.Osmaninin birgə mətbuat konfransı olacaq.

***

11:19

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb.

Pravda.az xəbər verir ki, C.Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.

Sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Paylaş:

Ən son xəbərlər