İlkin rəylərə əsasən deyə bilərik ki, Laçın istiqamətində Ermənistan tərəfindən törədilmiş dünənki təxribat planlaşdırılmış idi.
Ceyhun Bayramov: Ermənistanın dünənki təxribatı planlaşdırılmış idi
Pravda.az-ın məlumatına görə, bu barədə bu gün Bakıda xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Ermənistan belə məsuliyyətsiz təhlükəli addımlardan çəkinməlidir. Çünki bunun nəticələri çox ağır ola bilər, necə ki, dünən oldu", - nazir bildirib.