Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) 2 saylı Gəncə “ASAN Xidmət” Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi "BIO FOOD" MMC (VÖEN - 1904136021) şirkəti olub. Müsabiqənin şərtinə görə "BIO FOOD" MMC 2023-cü il ərzində 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində çirkab suların çəkilməsi və daşınması xidmətini həyata keçirəcək. Ümumilkdə 3 508 ton çirkab suyun çəkilməsi və daşınması üçün “ASAN xidmət” "BIO FOOD" MMC-yə 17 540 manat ödəyəcək.
"BIO FOOD" MMC 23.08.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Suraxanı rayonu, Yaşayış sahəsi V (Yeni Günəşli qəs.), ev 24, m. 84” olaraq göstərilir. Qanuni təmsilçisi isə Cavadov Davud Nicabir oğludur.