“Məlum olduğu kimi, son günlər Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən İranla əlaqədə şübhəli bilinən dindar şəxslərin həbsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Ancaq son proseslərdə dövlətin və dövlətçiliyin yanında ola bilməyən həm daxildə, həm də xaricdə fəaliyyət göstərən destruktiv qruplar geniş təbliğata başlayıblar ki, Azərbaycanda guya dindarların kütləvi həbsi həyata keçirilir. Hətta bir sıra hallarda ciddi şişirdilmiş rəqəmlər də səsləndirirlər. Əlbəttə, burada əsas məqsəd dindar kontingentin rəğbətini qazanmaq və özlərini onların müdafiəçisi kimi təqdim etməkdir. Bu həm də onu göstərir ki, bütün bu qruplar eyni mənbədən qidalanır və təlimatı eyni yerlərdən alırlar. Çox böyük ehtimal, ölkəmizlə bağlı beynəlxalq təşkilatların hazırladıqları növbəti hesabatlarda bu məsələ ilə bağlı tənqidi fikirlər yer alacaq. Burada əsas məqsəd Azərbaycana təzyiqi artırmaq olacaq”.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.