Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Kriminal hesablaşmaya görə tanışını güllələyən şəxs kassasiya şikayəti verdi

612
Paylaş:
Kriminal hesablaşmaya görə tanışını güllələyən şəxs kassasiya şikayəti verdi

Bakıda tanışını güllələyərək öldürməyə cəhddə təqsirli bilinən Pərviz Mayılovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası aprelin 18-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Mayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il fevralın 22-də paytaxtın Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Abıyevə hər iki bud və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Mayılov saxlanılıb.

Hadisə "Dəyirman" kimi tanınan ərazidə qeydə alınıb. Abıyev Əli Elxan oğlu Pərviz Mayılovla mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Ə.Abıyevə məxsus "Niva" markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb.

Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyev kriminal hesablaşmaya görə güllələnib.

Ona "Makarov" tipli tapançadan atəş açılıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər