“Dünən yenidən sərhəddəki təxribat nəticəsində ordumuz şəhid verdi. Artıq Azərbaycan dövlətinin və xalqının səbri tükənmək üzrədir. Bu təxribatlara son qoymağın yolu nə olur olsun, biz bunu sonlandıracağıq. Bu təxribatların dəfələrlə həlledici anlarda baş verməsi də təəccüb doğuran haldır. Ermənistan Baş naziri Nikol Paşinyanın Brüssel görüşlərindəki razılıq xarakterli açıqlamalarından sonra dərhal bölgədə sülh pozulur. Düşünürəm ki, bu, məhz Ermənistan hakimiyyətinin sülhdən qaçmağının yeganə çarəsi kimi əl atdığı yoldur. Çünki hələ erməni rəhbərliyi “status-kvo”nun daha mövcud olmadığını qəbul edə bilmir. Bu yaxınlarda mətbuatlarda növbəti görüşün Vaşiqtonda keçiriləcəyinə dair açıqlamalar da yayılırdı. Zənnimcə, regionda ABŞ-ın təsirindən ehtiyatlanan qüvvələr də təxribatlarda maraqlıdır. Bu gün hər iki xalq sülhdən yana olmalıdır. Necə ki Azərbaycan xalqı onlara olunan faciələri, soyqırımları unudub, sülh əlini uzadırsa, elə də erməni cəmiyyəti bu provakasiyalara getməməli, ən optimal yolun məhz sülh olduğunu anlamalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.