Şamaxıda silahla saxlanılan keçmiş məhkum barəsində bəzi detallar məlum olub.
Pravda.az-ın xəbərinə görə, Şamaxıda avtomatla saxlanılan Ceyhun Teymur oğlu Kafi dəfələrlə məhkum olunub. O, 2011-ci ildə də Bakının Səbail rayonu ərazisində avtomatla saxlanılıb. Bundan başqa, Ceyhun Kafi narkotiklə bağlı da məhkum edilib. Onun narkotik aludəçisi olduğu deyilir.