“Araz Supermarket” MMC-yə daxil olan “OBA market” şəbəkəsinin mağazalarının bir çoxunda verilən qəbzlər keyfiyyətsiz olduğu üçün müştərilər ƏDV-dən yararlana bilmirlər.
Pravda.az xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkədə paylaşım edib.
““Araz” supermarketlər şəbəkəsi və ona bağlı olan “OBA”nın Yeni Günəşlidəki bütün marketlərində təzə fırıldaqçılığa əl atıblar. Qəbzləri çap edən printerlərə necə müdaxilə ediblərsə, müştəri nə ƏDV vura bilir, nə də fiskal kodu yaza bilir, məhz həmin hissə çapda düşmür. “Veysəloğlu” MMC, o boyda milyonlar qazanırsınız, camaatın 5-10 qəpiyinə də göz dikirsiniz. Ayıbdır, vallah”, - H.Novruzzadə yazıb.