Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“İllərlə səhnəyə çıxmayan adama fəxri ad verilir: Bu necə olur?”

865
Paylaş:
“İllərlə səhnəyə çıxmayan adama fəxri ad verilir: Bu necə olur?”

“İllərlə səhnəyə çıxmayan adama fəxri ad verilir: Bu necə olur?”

Pravda.az-ın məlumatına görə, bunu “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov bildirib.

Onun sözlərinə görə, sənət adamlarının 2006-cı ildən aldığı qonorar 60 manatdır:

“Həmin ildə bəlkə də bu rəqəm düzgün idi. Amma indi 60 manata aktyor ailə saxlaya bilərmi? Dünən  qeyd olundu. Mükafat və fəxri adlar yaşa görə verilməməli, sənətdəki xidmətlərə görə olmalıdır”.

O qeyd edib ki, 95 yaşı olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və 92 yaşı olan Kukla teatrının Akademik statusu yoxdur:

“Niyə? Bu teatrda işləyənlər daha az əziyyət çəkirlər, az tamaşa oynayırlar? Bu, birbaşa teatr işçilərinin dolanışığı ilə bağlı olan məsələdir”.Oxu.az

Paylaş:

Ən son xəbərlər