Milyardlarla istifadəçisi olan mesajlaşma proqramı “WhatsApp” növbəti yeniliyə imza atmağa hazırlaşır.
“WhatsApp” yaddaşdakı məlumatları itirmək qorxusu yaşayan istifadəçilər üçün yeni funksiyanı işə salır. Belə ki, bu funksiya sayəsində istifadəçilər mesajlarının, həmçinin foto və videolarının ehtiyat nüsxəsini çıxara biləcəklər.
Bu yeni funksiya istifadəçilərin mesajlarının, fotolarının, videolarının, sənədlərinin və bütün digər məlumatların ehtiyat nüsxəsini çıxararaq onların itirilməsi riskini aradan qaldırır. Bu, o deməkdir ki, istifadəçilər məlumatlarını təsadüfən silməkdən və ya telefonlarını dəyişdirərkən bütün məlumatlarını itirməkdən narahat olmaya bilərlər, çünki istənilən vaxt öz məlumatlarını bərpa edə biləcəklər.