Sumqayıt Apellyasiya Məhkəməsində məşhur “ABC”, “Eko”, “Payt” yuyucu tozları istehsal edən müəssisənin rəhbəri İsmayılov Rövşən Nəriman oğlu barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə keçmiş təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənın növbəti iclası aprelin 19-na təyin edilib.
Qeyd: 1962-ci ildə Cəlilabad rayonunda doğulmuş, fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış İsmayılov Rövşən Nəriman oğlu “Era”, “Eko”, “Təmiz”, “Alfa” yuyucu vasitələri, “Herbal”, “Jolie”, “Payt”, “Spark” nişanlı saç şampunu, “Subrina” nişanlı duş geli, “Lux”, “Aysberq”, “Lux Era” nişanlı maye sabun və digər məhsulların saxta və yararsız istehsalında təqsirli bilinib.
Barəsində Cinayət Məcəlləsinin 200.2.3 və 29,200.2.3 maddələri ilə cinayət işi açılan sahibkar ümumilikdə 232.750 manat dəyərində keyfiyyətsiz mal satıb, istehlakçıları aldadmaqda ittiham edilib.