Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Piyadanın ölümü ilə bağlı cinayət işi açıldı

695
Paylaş:
Piyadanın ölümü ilə bağlı cinayət işi açıldı

Mingəçevirdə piyadanın ölümü ilə bağlı cinayət işi açılıb.

Pravda.az-ın əldə etdiyi məlunata görə, hadisə aprelin 12-si, saat 08:30-da radələrində şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, Mingəçevir şəhər sakini Yusibov Murad Möhübbət oğlu “Mercedes-Benz E klass” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1969-cu il təvəllüdlü Əzizova Mətanət Əhməd qızını vurub. Nəticədə Mətanət Əzizova hadisə yerində ölüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər