Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Azərbaycanda ər arvadını döyərək öldürdü - FOTO

2 297
Paylaş:
Azərbaycanda ər arvadını döyərək öldürdü -     FOTO

Ağstafa rayonunda ər arvadını döyərək öldürüb.

Pravda.az-ın əldə etdiyi məlunata görə, hadisə bir neçə gün əvvəl rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Ayaz Məmmədov münaqişə zəminində arvadı, rayonun Dağ Kəsəmən kənd sakini Günel Həsənovanı təpik və yumruq zərbələri ilə vuraraq döyüb. Bədəninin müxtəlif nahiyələrində ağır xəsarət almış yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin qadının vəziyyəti ağır olduğu üçün həkimlər onun müalicəsinin evdə aparılmasını bildirib.

Günel Həsənova bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd: Hadisəyə səbəb qadının ərindən aptekdən dərman almasını istəməsi olub.

Cütlüyün bir azyaşlı qız övladı var, hadisə onun gözü qarşısında baş verib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər