Vəkildən gözlənilməz açıqlama: "Siqaret çəkən qadını necə sevmək olar, iyrənc məxluqdur..."
"Başqasının yanında siqaret çəkmək tərbiyyəsizlikdir”.
Pravda.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov ictimai yerdə, ofislərdə siqaret çəkənlərlə bağlı cəza tədbirlərindən danışarkən deyib.
Vəkilin sözlərinə görə, ictimai yerdə siqaret çəkmək insanları bilərəkdən zəhərləməkdir:
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun var, 2017-ci ilin dekabr ayında qəbul edilib. Həmin qanunun 10-cu maddəsində tütün məmulatlarının, tüstüsünün çəkilməsinin qadağan edildiyi yerlərin siyahısı var və İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsi ilə tənzimlənir. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanununda bu məhdudiyyətlər olan yerlərə dair cərimə 30 manat nəzərdə tutulur. Həmin məcəllədə başqa maddələr də var. Hava gəmisi, dəniz və dəmir yol nəqliyyatında cərimə 30 manatdan çoxdur. Praktikada bilmirəm buna görə kimisə cəzalandırıblar ya yox”.