Sosial şəbəkə və kütləvi informasiya vasitələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 saylı Uşaq Evinin fəaliyyəti ilə bağlı yayılmış video məlumata əsasən “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 6.4-cü bəndinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemlər Dövlət Komitəsi aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupu ilə birgə qeyd olunan müəssisədə növbədənkənar monitorinq keçirib.
Bu barədə Pravda.az-a Dövlət Komitəsindən məlumat verilib.
Monitorinq zamanı müəssisədə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, ümumi qiymətləndirmə aparılıb, müşahidə edilən məqamlar ekspertlər qrupunun rəyi əsasında aktlaşdırılıb.