Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl keçirən Türkiyə vətəndaşına hökm oxundu

812
Paylaş:
Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl keçirən Türkiyə vətəndaşına hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Azərbaycana qaçaqmalçılıq yolu ilə xüsusilə külli miqdarda qızıl-zinət əşyaları gətirməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Aktas İsmaılın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Türkiyə vətəndaşı cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

İttihama görə, yük maşını idarə edən Aktas İsmaıl xüsusilə külli miqdarda qızıl-zinət əşyalarımı Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirib.

Belə ki, o, həmin qızıl-zinət əşyalarını 24 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirib. Həmin gün “Qırmızı körpü” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində qeyd olunan ümumilikdə xüsusilə külli miqdarda 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları nəqliyyat vasitəsindən aşkar edilərək götürülüb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər