Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

XİN sözçüsündən işgəncə videolarına MÜNASİBƏT

765
Paylaş:
XİN sözçüsündən işgəncə videolarına       MÜNASİBƏT

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına işgəncə verilməsi faktına münasibət bildirib.

Pravda.az xəbər verir ki, XİN sözçüsü Ayxan Hacızadə bununla bağlı "Twitter" hesabında paylaşım edib.

"Naxçıvanın Şahbuz rayonu istiqamətində bir neçə gün əvvəl itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Ermənistan tərəfindən saxlanılıb. Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıb. Bu cür pis rəftar beynəlxalq humanitar hüquqa ziddir, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir!", - XİN sözçüsü bildirib.

Paylaş:

Ən son xəbərlər