Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkilməsinə icazə verdiyi üçün idarə rəisinin vəzifəsindən azad edildiyi iddia edilir.
İddialara görə, Sumqayıt Şəhər Bulvar İdarəsinin rəisi Yavər Vəliyev ötən gün Baku TV-nin Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkildiyinə dair hazırladığı süjet səbəbindən işdən çıxarılıb. Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayevlə əlaqə saxladıq. E.Qocayev Oxu.Az-a açıqlamasında bu barədə məlumatının olmadığını, gün ərzində məsələ ilə bağlı məlumat olarsa, ictimaiyyətə açıqlanacağını bildirib.