Təcili yardım birqadasının getdiyi çağırışda 3 gün əvvəl dünyaya uşaq gətirən anada və onun körpəsində koronavirusun olduğu müəyyən edilib.
Pravda.az-ın xəbərinə görə, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Baş həkimin sözlərinə görə, hazırda həmin ana və uşaq müalicə alır.
Rauf Nağıyev bildirib ki, təcili yardım stansiyalarına xəstəliklə bağlı mütəmadı zənglər daxil olur və briqadalar xüsusi geyimlərdə ünvanlara gedirlər.
Yol boyu həmsöhbət olduğumuz briqadanın həkimi olan Ruslan Muradov artıq 10 ildən çoxdur ki, təcili yardım stansiyasında çalışır. Onun sözlərinə görə, bu illər ərzində çox çətinliklər görsə də, hazırki durum tamam fərqlidir. Bu günlərdə evə gedərkən əvvəl üstünə qaçdığı övladları, ailə üzvləri də onu görəndə ehtiyat edirlər.