Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Kasa ilə tanışının burnunu sındıran şəxsə hökm oxundu

814
Paylaş:
Kasa ilə tanışının burnunu sındıran şəxsə hökm oxundu

Gəncə Şəhər Məhkəməsində tanışını döyməkdə təqsirləndirilən Ruzi Əsədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elxan Əlizadənkn sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzası təyin edilib.

İttihama görə, hadisə Gəncə şəhəri, Ə.Əliyev prosepkti 14 ünvanında yerləşön evlərin birində qeydə alınıb.

Belə ki, Ruzi Əsədov zərərçəkmiş Məmməd Məmmədovun (soyadı şərti) evinə gəlib. O, qonaq otağında zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən kasa qab ilə onun burun nahiyəsindən bir dəfə vurub. Nəticədə Ruzi Məmmədin burun sümüyünün qəlpəli yerdərişməmiş sınığı və yarası, alın nahiyyəsinin yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirib.

Məhkəmə iclasında Ruzi Əsədov dindirilən zaman elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O deyib ki, zərərçəkmiş şəxsi bir neçə vaxtdır tanıyır. Belə ki, onlar əvvəllər bir neçə dəfə birlikdə ev təmiri işləri ilə məşğul olub və münasibətləri yaxşı olub. Sonuncu dəfə birlikdə gördükləri işdən Məmmədin ona 50 manat pul borcu qalıb. Ruzi bir neçə dəfə həmin pulu Məmməddən istəsə də, zərərçəkmiş maddi imkanı yaxşı olmadığını deyərək həmin pulu ona verməyib.

Hadisə günü Ruzi bir daha borcunu istəmək üçün Məmmədin yaşadığı evə gedib, qapını döyən zaman o, qapını açıb. Evə daxil olan zaman Məmməddən pulunu verməsini istəyib. Lakin Məmməd ona pulu olmadığını, olan zaman qaytaracağını deyərək Ruzi ilə kobud danışıb. Məmmədin içkili olduğunu görüb onunla mübahisə etmək istəməyib, lakin həmin vaxt zərərçəkmiş onu nalayiq ifadə ilə söyərək təhqir edib. Ruzi də əsəbləşərək masanın üzərində olan kasanı götürüb Məmmədin üz nahiyyəsindən bir dəfə vurub. Kasa Məmmədin burnundan dəyib. Ruzi onun burnundan qan açıldığını görüb heçnə demədən çıxıb gedib.

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən sonra zərərçəkmiş şəxslə barışıb, ona dəymiş ziyanı ödəyib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər